Fakültəmizə ağır itki üz verib

BDU-ya ağır itki üz verib. Universitetimizin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Maliyyə və menecment kafedrasının dosenti Fərhad Qarayev dekabrın 7-də ömrünün 68-ci ilində vəfat edib.
Fərhad Mirzəağa oğlu Qarayev 1952-ci ildə Sabirabad rayonu Qaragünə kəndində anadan olub. D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumi İqtisad fakultəsini siyasi iqtisad ixtisası üzrə təhsilini bitirdikdən sonra 1977-1992-ci illərdə BDU-nun siyasi iqtisad kafedrasında laborant, baş laborant, kabinə müdiri, müəllim, 2003-cü ildən İqtisadi nəzəriyyə kafedrasında baş müəllim, 2008-ci ildən dosent vəzifəsində çalışıb. Bundan əlavə 1992-2001-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb.
F. Qarayev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr verib. O Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf edən ziyalılardan olub.
Əsl ziyalı və səmimi insan Fərhad Mirzəağa oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət etsin!

/ 07/12/2020