Fakültəmizdə ustad dərsi keçirilib

 

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 14 aprel  2022-ci il tarixində ustad dərsi keçirilib.
Ustad dərsində iqtisad elmləri doktoru, professor Mübariz Bağırov “Bankların aktiv əməliyyatları” mövzusunda məruzə ilə çıxış edib. Mübariz Bağırov əvvəlcə son dövrlər BDU-da təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini bildirib. Məruzəçi bankların aktiv əməliyyatlarının məqsədi, mahiyyəti, müasir dövrdəki əhəmiyyəti barədə məlumat verib.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, mövzu ciddi polemikalara səbəb olub. Mübariz Bağırov dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.










/ 14/04/2022