Fakültənin müəllimi Azərbaycan, İndoneziya və Pakistan nümayəndələri arasında keçirilən onlayn panel sessiyada iştirak edib

Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi Azərbaycan, İndoneziya və Pakistan arasında keçirilən “Ermənistan-Azərbaycan münaqişəsi: Siyasi elita və vətəndaş cəmiyyətinin rolu” adlı onlayn panel sessiyada iştirak edib.

Oktyabrın 12-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikasının İndoneziya RespublikasındakıSəfirliyi və Pakistan İslam Respublikasında yerləşən Kəşmir üçün Gənclər Forumu adlı qurumun təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan münaqişəsi: Siyasi elita və vətəndaş cəmiyyətinin rolu” adlı onlayn panel sessiya baş tutmuşdur. Mövzu ilə bağlı sessiyada Kəşmir üçün Gənclər Forumunun” sədri Əhməd Qureyşi, Bakı Dövlət Universitetinin müəllimi Sultan Zahidov, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyinin əməkdaşı İntiqam Hüseynov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyinin baş katibi Astrid Nadya Rizqita  panelçilər qismində çıxış etdilər. Sessiyada iştirak edən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov tərəfindən İndoneziya və Pakistanda təhsil alan doktorant və magistrantlar, o cümlədən müxtəlif QHT nümayəndələri üçün “Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki Qarabağ müharibəsi ətrafında beynəlxalq siyasi kontekstmövzusunda təqdimat-mühazirə keçirilmişdir.

Tədbirin açılış nitqində  İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Syafii Efendi hazırki Qarabağ müharibəsində Azərbaycanın ədalətli mövqeyindən və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana olan dəstəyindən bəhs etdi.

Daha sonra Sultan Zahidov tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki Qarabağ müharibəsi ətrafında beynəlxalq siyasi kontekstmövzusunda təqdimat nümayiş edildi. Təqdimatda Dağlıq Qarabağ münaqişəsinin tarixi və nizamlanma prosesindən, 2020-ci ilin iyul ayındakı Tovuz hadisələrindən və hazırda davam edən Qarabağ müharibəsi və onun ətrafında cərəyan edən beynəlxalq siyasi proseslərə toxunuldu. Təqdimatın sonunda Sultan Zahidov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 2020-ci ilin oktyabrın 10-da razılaşdırılmış humanitar əsaslı atəşkəsi pozaraq Azərbaycanın mülki əhalisinə qarşı cinayət aktları törətməyə davam etməsini vurğulayaraq ən son Gəncə şəhərində baş verən erməni terrorundan bəhs etdi. Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı.


/ 13/10/2020