Kuba inqilabı öndərinin oğlu Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olub

rektor, akademik Abel Məhərrəmovla görüşüb. O, qeyd edib ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.

Fidel Kastro Dias-Balartın sözlərinə görə, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir. Kubadan gələn heyət BDU-nun Nano Araşdırmalar Mərkəzi və müxtəlif kafedraların, elmi-tədqiqat laboratoriyalarında olub, xoş təəssüratla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 31 may 2011-ci il.

/ 31/05/2011