Macarıstanlı qonaqlarla əməkdaşlıq məsələləri müzakirə olunub

Macarıstanın Miskolc, Seqed, Esterhazy Karoy adına Tətbiqi Elmlər universitetlərinin və Dunayvaroş Kollecinin nümayəndələri ölkəmizə səfərləri çərçivəsində Bakı Dövlət Universitetində olublar.

Nümayəndə heyəti universitetin Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova və Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova ilə görüşüblər. Qonaqlara bu təhsil ocagının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verilib, universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 20 aprel 2015-ci il.

/ 20/04/2015