Mordoviya və Belorusiya Dövlət Universitetlərinin rektorları BDU-nun rektoru adına təşəkkür məktubu göndəriblər

03/07/2014

İyunun 24-də Bakı Dövlət Universitetində olan N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin rektoru Serqey MixayloviçVdovin və həmçinin, iyunun 13-də universitetimizdə səfərdə olan Belorusiya Dövlət Universitetinin rektoru, Belarusiya elmlər akademisiyasının akademiki, texniki elmlər doktoru, professor Ablameyko Sergey Vladimiroviç BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndəriblər.

Məktubda, Azərbaycanın birinci universitetində olmaqdan məmnun olduqlarını ifadə edən rektorlar şəxsən rektor Abel Məhərrəmova öz dərin minnətdarlıqlarını bildirərək, öz növbələrində, azərbaycanlı həmkarlarını öz ölkələrinə dəvət ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 03 iyul 2014-cu il.

/ 03/07/2014