İndoneziya səfiri BDU tələbələrinə mühazirə oxuyub


İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirə oxuyub.
Mühazirədə İndoneziya haqqında ümumi məlumat verən səfir, eyni zamanda, onun iqtisadiyyatı və ASEAN haqqında danışıb. Səfir Husnan Bey Fananie sonda tələbələri maraqlandıran sualları cavablandırıb.
Fakültənin dekanı, professor Zeynal Həsənalıyev maraqlı mühazirə üçün səfirə təşəkkür edib.


.

.

.

.

 

/ 14/04/2017