Necati İkan “Türkiyə-Ermənistan münasibətləri-müasir dövrdə” mövzusunda məruzə ilə çıxış edib

Bu gün BDU-nun “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsində Akdeniz Universitetinin dosenti Necati İkan “Türkiyə-Ermənistan münasibətləri-müasir dövrdə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qondarma “erməni soyqırımı” ilə bağlı suallara cavab verib, Azərbaycan və Türkiyənin iki dövlət, bir millət olduğu vurğulayıb. Görüşdə fakultənin magistrantları fəal iştirak edib, qarşıya qoyulan məsələlərlə bağlı fikirlərini bildirib.

/ 07/05/2014