Praqa Universitetinin nümayəndə heyəti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub
Praqanın İqtisadiyyat Universitetinin prorektoru Cakub Fişer və həmin Universitetin professoru Can Fişer Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində olublar. Dekan, professor Zeynal Həsənalıyev qonaqları salamlayıb və BDU, o cümlədən fakültənin uğurları barədə məlumat verib. Görüşdə iştirak edən Riyazi İqtisadiyyat kafedrasının müdiri, professor Elşar Orucov, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi s.ü.f.d. Əlimusa İbrahimov universitetlərarası əlaqələrin intensivləşməsi baxımından təkliflər irəli sürüb.
Qonaqlar Fakültədə olmaqdan məmnunluqlarını ifadə edərək təmsil etdikləri ali təhsil ocağı barədə danışıblar. Görüşdə elm-təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyəti, gələcək planlar müzakirə edilib.
Sonra Çexiyalı alimlər fakültənin tələbə və magistrantları qarşısında mühazirə oxuyub, çoxsaylı sualları cavablandırıblar.
/ 06/10/2017