Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşları Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində olub
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzinin direktoru Cəmilə Məmmədova ilə görüş keçirilmişdir. Görüşdə Bakı Dövlət Universiteti ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi arasında əməldaşlıq məsələləri müzakirə edilmişdir. Görüşdə fakültə dekanı prof.Z.M.Həsənalıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri A.M.Məhərrəmov, Dünya iqtisadiyyatı kafedrasının müdiri H.B.Rüstəmbəyov, İqtisadiyyat kafedrasının müdiri E.Q.Orucov, həmçinin dekan müavini Ə.G.İbrahimov iştirak etmişdirlər. Tərəflər arasında, Bakı Dövlət Universitetində birgə İqtisadi tədqiqat mərkəzinin yaradılmasını müzakirə edilmişdir.