Rektor imtahan prosesini izlədi

Bu gün rektor, akademik Abel Məhərrəmov Hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alan tələbələrin imtahan prosesini izləyib. Müasir hüququn əsasları, Xarici dil və Fəlsəfə fənlərindən imtahan verən I kurs tələbələri ilə söhbət edən rektor, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. Rektor yazılı (monitorinq) və test üsulu ilə imtahan verən tələbələrə uğurlar arzulayıb, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

Mətbuatİnformasiya şöbəsi, 09 aprel 2011-ci il.

/ 09/04/2011