Səfir Pule İsaaq Malefeyn BDU-da məruzə ilə çıxış edib

Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Pule İsaaq Malefeyn Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirə oxuyub. Səfir "Nelson Mandela - hüquq" mövzusundakı məruzəsi ilə aparteid sisteminə qarşı mübarizə aparmış Nelson Mandellanın həyatından, onun əyilməzliyindən, vətəninə verdiyi faydadan bəhs edib. Məruzədən sonra səfir tələbələrin suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 01 mart 2018-ci il.

/ 01/03/2018