Tədris-Metodiki Şurasının hesabatı keçirilib

Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Elmi Şurasının  2016-cı ildə keçirilən növbəti iclasında fakültə Tədris-Metodiki Şurasının (TMŞ) 2015-2016-cı tədris ili üçün hesabatı dinlənilib. Hesabat məruzəsi ilə TMŞ-nin sədri, professor Pərvin Darabadi çıxış edib. Dekan, professor Zeynal Həsənalıyev, Şura üzvü Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov, Politologiya və sosiologiya kafedrasının dosenti Fazil Vahidov, İqtisadiyyat və idarəetmə kafedrasının professoru Vahid Abbasov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Qurban Məmmədov hesabat ətrafında müzakirələrdə iştirak edib və onu müsbət qiymətləndiriblər. İclasın sonunda BDU-nun TMŞ-nın sədri, akademik Vasif Babazadə çıxış edib, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi TMŞ-nin sədri, professor Pərvin Darabadi 2015-2016-cı tədris ili üçün hazırladığı hesabatı qənaətbəxş qiymətləndirib.




a



a



a
/ 28/10/2016