Tələbələrlə görüş
Bu gün rektor, akademik Abel Məhərrəmov Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə fakültənin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də iştirak edib.
Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarəti edəcəyini xatırladıb.
Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.
Mətbuat və informasiya şöbəsi, 26 may 2014-cü il.