Universitet nümayəndəsinin Oulu Universitetinə (Finlyandiya) səfəri

Görüşdə layihənin koordinatoru, BDU-nun NANO elmi-tədqiqat mərkəzinin direktor müavini Mustafa Muradov, aparıcı elmi işçi Gönçə Eyvazova, ETH-nin rəisi prof.İradə Əliyeva, Bərk cisimlər kafedrasının professoru Tariel İsmayılov, kimya və fizika fakültələrinin magistrantalrı Rəşad Hacıməmmədov, Aynur Əmrahova, Əfsanə Cavanşirova, Ofeliya Balayeva mərüzələrlə çıxış edəcəklər. 28 may 2011-ci il tarixədək davam edən görüşdə Oulu Universitetinin və Macarıstanın Szeged Universitetinin professor-müəllim heyəti və tələbələri də iştirak edəcəkdir. Görüşdə mikro- və nanoelektronikada yeni üsullar, nanostrukturlar, karbon nanoborular və onların tətbiqi, nanopeptidlər və onların tibdə tətbiqi məsələləri müzakirə olunacaqdır.

Avropa Birliyinin FP-7 proqrmının NAPEP layihəsi çərçivəsində növbəti görüşün sentyabr-oktyabr aylarında Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılır.

Mətbuat və İnformasiya şöbəsi, 24 may 2011-ci il.

/ 24/06/2011