Yeni kitab çap olundu

Bu gün BDU Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının əməkdaşları olan kafedra müdiri prof.A.N.Abbasbəyli və dos.M.V.Babazadənin birgə hazırladıqları Beynəlxalq Münasibətlər Tarixi mövzusunda dərs vəsaiti(rus dilində) işıq üzü görmüşdür. Bu münasibətlə fakültədə kitabın təqdimatı mərasimi keçirilmişdir. Yığıncaqda çıxış edənlər dərs vəsaitinin tələbələr üçün əvəzsiz olduğunu qeyd etməklə yanaşı, müəlliflərin bu sahədə yeni nailiyyəti kimi qiymətləndirdilər. Daha sonra tədbirdə çıxış edən fakültə dekanı prof.Z.M.Həsənalıyev qeyd etdi ki, Beynəlxalq münasibətlər tarixi sahəsində ölkəmizdə və regionda kitab və dərs vəsaitlərinin sayı yüzlərlə olduöu halda, yeni nəşr olunmuş bu kitab əhatə dairəsinə və faktoloji baxımdan daha unikal və yenidir. Öz dövrünü demək olarki tam əhatə edən kitab, heç şübhə deyildirki, nəinki yalnız fakültəmizdə, həmçinin respublikamızın digər ali məktəblərində də tələbələr və tədqiqatçılar tərəfindən geniş istifadə olunacaq.

 

/ 09/10/2014